Türkiyə, Ankara, 28 may/ Trend müxbir A.Ələskərov/ Ankarada Dzəbədzi yerli məzarlıqda Azərbaycan Demokratik Respublikasının (ADR) qurucusu Məmməd Əmin Rəsulzadənin qəbirüstü heykəl-kompleksinin açılış mərasimi olmuşdur.
Heykəlin kompleksi 2,85 m hündürlüyündə olan dörd sütundan ibarətdir. Bu isə bizim ölkənin tarixi tarixlərinə uyğundur - 28 tarix, 5 isə ilin aydır. Sütunlarda rəmzlər - səkkiz gürşəli ulduz və üç rəngli Azərbaycanın bayrağı əksini tapıb. Heykəlin layihəsi Türkiyənin heykəl cəmiyyətinin təşəbbüsü ilə hazırlanıb.
Açılış mərasimində Ankarada rəsmi səfərdə olan Azərbaycan hökümətinin nümayəndələri, azərbaycanlı diplomatları, Türkiyənin siyasi və dövlət xadimləri, diasporun nümayəndələri və Ankarada təhsil alan azərbapycanlı tələbələr iştirak etmişdir.
Açılış mərasimindən sonra "M.Ə.Rəsulzadə və Azərbaycanın müstəqilliyi" mövzusunda konfrans keçirildi.
Şərqin birinci demokratik respublikası 1918 -ci ildə Azərbaycanda yaradılıb. ADR-nın ömür sürdüyü 23 ay ərzində ordu və dövlət atributları yaradılmışdır. Sonradan Azərbaycan öz müstəqilliyini itirdi.
Respublika Günü - dövlət müstəqilliyini bərpası günüdür, 1990-cı ildən dövlət bayramı kimi qeyd edilir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]