...

Azərbaycanda dövlət sifarişi ilə iki yeni film çəkiləcək

Cəmiyyət Materials 3 İyun 2008 15:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 iyun /TrendLife müx. Eldar Hüseynzadə/

Mədəniyyət və turizm nazirliyi dövlət sifarişi ilə iki yeni kinolayihəni təsdiq edib. TrendLife-ın verdiyi məlumata görə, Nazirliyin ekspert şurası "Nərimanfilm" prodüsser şirkəti tərəfindən təqdim olnan "Sahə" kinolayihəsini dəstəkləmək haqqında qərar qəbul edib. Gələcək filmin ssenari müəllifi və rejissoru İlqar Safatov olacaq. O, keçən il keçirilən "Bu meydan, bu ekran" müsabiqəsinin qalibidir. Digər film isə "Ziyarət" adlanır. Onu isə Samir Kərimov ekranlaşdıracaq.

Xatırladaq ki, Şuranın gördüyü işlər nəticəsində keçən il bu cür layihələr hazırlanıb: "Telekanal "Piramida", "Azərbaycanfilm" kinostdiyası, ssenari müəllifi və rejissoru Ayaz Salayev; "İstambul reysi", kinostudiyasında "Azərbaycantelefilm" ssenari müəllifi, Ramiz Fətəliyev, rejissor Eldar Quliyev; "İlahi heyvanlar" "Bizim kino" prodüsser mərkəzi, ssenari müəllifi və rejissoru Yavər Rzayev; "Ölümə növbə", "Sınaq filmi" prodüsser mərkəzi, ssenari müəllifi İlqar Fəhmi, rejissoru Fikrət Əliyev.

Xəbər lenti

Xəbər lenti