...

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev "Simurq" miükafatı ilə təltif olunub

Cəmiyyət Materials 6 İyun 2008 14:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 iyun /TrendLife müx. Eldar Hüseynzadə/

Bu gün Muzey Mərkəzində Azərbaycan kulturologiyasının Beynəlxalq forumu keçirilib. "Bütün dünyada kulturologiya ciddi strateji elmə çevrilir. O, dövlət apparatının və insanların həyatının yaxşılaşmasında böyük rol oynayır. Təssüf ki, uzun illərdir ki, onun vacibliyini başa düşməmişik. Hazırda isə vəziyyət dəyişib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev kultrologiya haqqında böyük təsəvvürə malikdir. Müasir dünyada bu elmin vacibliyini bilir. Nazirin aktiv fəaliyyəti sayəsində kultrologiya dövlət dəstəyini alıb",-"Simurq" assosiyasının prezidenti professor Fuad Məmmədov TrendLife-a bildirib.

F. Məmmədov onu da vurğuladı ki, kultrologiyanın inkişafında dəstək göstərən Əbülfəs Qarayev "Simurq" medalı ilə təltif olunub.

Son illər nazirin göstərişi ilə mədəniyyətşünaslıq mərkəzləri yaradılıb, bu mövzu ətrafında müxtəlif müsabiqələr keçirilib.

F. Məmmədovun sözlərinə görə: "Hazırki forum bu sahədə ölkələrarası əməkdaşlıqa gətirib çıxaracaq. Bundan əlavə Azərbaycanın kultrologiyasının inkişafına köməklik göstərəcək".

Forumda Olqa Astafayev, Cenis Ruoz, Nino Çikovani, Tursuna Qabitova və başqaları iştirak edib.

Xəbər lenti

Xəbər lenti