...

Akif İslamzadənin keçmiş "Qobustan" qrupu ilə oxuduğu mahnılar yenilənir

Cəmiyyət Materials 6 İyun 2008 16:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 iyun /TrendLife müx. Günel Əhmədova

Xalq artisti Akif İslamzadənin vaxtilə ifa etdiyi 10-a yaxın məşhur mahnılar yenilənərək toplu şəklində buraxılacaq. Müğənninin TrendLife-a bildirdiyinə görə, diskdəki mahnıları yalnız keçmiş "Qobustan" qrupu ilə birlikdə oxuduqlarını əhatə edəcək. Müğənninin xatırlatmasına görə, 1983-cü ildə yaradılan və fəaliyyətinin ilk günlərindən Akif İslamzadə ilə bir sıra mahnılar lentə yazdıran qrupun fəaliyyəti qısa zamanı əhatə edib:

"86-cü ilin əvəllərində mən səsimi itirdim və o vaxtdan da qrup fəaliyyətini dondurdu. Xatırladım ki, "Qobustan"da Cəmil Əmirov, Səyavuş Kərimi kimi məşhur musiqiçilər çalışıblar. Onların müşayitəi ilə mən "Qara qaşın məsməsi", "Sarı gəlin"in 2-ci versiyasını, "Qarpız kəsdim yeyən yox", "Mən səni araram", türk mahnısı "Nədən saçların ağarmış arkadaş", "Gül açdı" və s. xalq və bəstəkar mahnılarını lentə yazdırmışam. Fəaliyyətimin əsas qolu demək olar ki, "Qobustan" qrupu ilə bağlıdır. Lakin peşəkar musiqiçilərin təmsil olunduğu qrupun fəaliyyət dövrü qısa oldu. Qrup üzvlərinin əksəriyyəti xarici ölkələrə üz tutdular. Hazırda onlar Türkiyə, Meksika, Moskvada dərs deyirlər. Burada qalan üzvləri ilə əlaqalərim qırılmayıb. Onlarla görüşlərimin birində qərara gəldik ki, köhnə ifaları bir araya gətirib disk buraxaq. İndi hazırlıq prosesi gedir. Yaxın aylarda disk musiqisevərlərin ixtiyarına veriləcək".

Xəbər lenti

Xəbər lenti