...

Azərbaycanın cənub bölgəsinə gələn turistlərin sayı 40 faiz artıb

Cəmiyyət Materials 10 İyun 2008 10:56 (UTC +04:00)

Azərbaycan, Lənkəran, 10 iyun / Trend , müxbir P.Əliyeva/ Azərbaycanın cənub regionuna gələn turistlərin sayı 40 faizə yaxın artıb. Lənkəran rayon mədəniyyət və turizm şöbəsinin məsləhətçisi İlqar Əzimov çərşənbə axşamı Trend -a bildirib ki, bu ilin yanvar-may aylarında Lənkərana 1500-dən artıq turist gəlib ki, bu da ötən ilin müvafiq dövründən 400 turist çoxdur.

Trend -un arayışı: Lənkəran rayonuna 2006-cı iıdə 4000, 2007-də 5000-ə yaxın turist gəlib.

Əzimov deyib ki, 2008-ci ildə turistlərin sayının 6000-ə çatacağı proqnozlaşdırılıb. Onun sözlərinə görə, regiona gələn turistlərin sayının çoxalması dənizkənarı, meşəkənarı zolaqlarda istirahət, turizm obyektlərinin yaradılması, turistlərə göstərilən xidmət səviyyəsinin yüksəlməsi, ekoloji cəhətdən təmiz havanın olması ilə əlaqəlidir.

Lənkəran paytaxt Bakıdan 270 kilometr cənubda yerləşir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti