...

Xalq artisti Aftandil İsrafilova Xarkovda 45 kiloqram gül bağışlayıblar

Cəmiyyət Materials 10 İyun 2008 12:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyun /müx.TrendLife Şahin Cavadsoy/

7-8 iyun tarixlərində Ukraynanın Xarkov şəhərində xalq artisti, tanınmış qarmon ifaçısı Aftandil İsrafilovun konsert proqramı keçirilib. Sənətkar Bakıya bu səhər dönüb. Və qayıdarkən təəssüratlarını ilk olaraq TrendLife-la bölüşüb: "Bu tip konsertlərim bir çox şəhərlərdə təşkil olunub. Amma Xarkov şəhərində vermiş olduğum konsert digərlərindən fərqləndi. Ukraynada fəaliyyət göstərən Azərbaycan Diasporu təkliflə çıxış etdi, mən də razılaşdım. Desəm inanmazsınız, amma konsertdən sonra mənə 45 kiloqram ağırlığında gül dəstələri hədiyyə etdilər. Qoy bir sirri də açım ki, hər konsertdən sonra mənə verilən gül-çiçəyin ağırlığını yoxlamağa bir növ adət etmişəm. Demək olar ki, hobbimə çevrilib. Məncə sənətkara verilən ən dəyərli hədiyyə sürəkli alqışlar və gül dəstələridir. İnşallah digər dövlətlərdə verəcəyim konsertlərim barəsində birinci sizləri məlumatlandıracağam. Çünki, maqazin verilişlərində müsahibə mənlik deyil".

Xəbər lenti

Xəbər lenti