...

Bakıda dini ayrı-seçkiliyə dair konfrans keçiriləcək

Cəmiyyət Materials 11 İyun 2008 00:27 (UTC +04:00)

Fransa, Strasburq, 10 iyun/ Trend müxbir A.Məhərrəmli/ 4-8 noyabr 2008-ci il tarixdə Bakıda "Islamofobiya və ayrı-seçkiliyin dinə əsaslanan digər formaları: onun gənc nəslə təsiri və gənclərin fəaliyyətlərində buna cavabı" mövzusunda ekspertlər səviyyəsində konfrans keçiriləcək. Bu barədə Trend a Avropa Şurasının Təhsil, Mədəniyyət, İrs, Gənclər və İdman üzrə Baş Bürosundan məlumat verilib.

Sözügedən konfrans AŞ-nin Gənclər və İdman Direktorluğu, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və İSESCO-nun birgə təşkilatçılığı ilə həyata keçirilir.

Konfransın zamanı əsas diqqət dinə əsaslanan ayrı-seçkilik və bu xüsusda ifadə və KİV azadlığı məsələlərinə nəzərdən yetiriləcək, gənc jurnalistlərlə iş imkanları araşdırılacaqdır. Konfrans AŞ-nin ayrı-seçkiliyə qarşı "Hamı müxtəlif- hamı bərabər" kampaniyası çərçivəsində həyata keçirilir.

Konfrans çərçivəsində "Gənclərə dair Bakı Təşəbbüsü" sənədinin hazırlanması nəzərdə tutulub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti