...

Azərbaycanın mətbuat orqanlarında peşə etikası normalarının qorunması ilə bağlı monitorinq başlayıb

Cəmiyyət Materials 13 İyun 2008 12:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 iyun/ Trend , müxbir E.Babayev/ Azərbaycanın mətbuat orqanlarında peşə etikası normalarının qorunması ilə bağlı bir aylıq monitorinq başlayıb. "İnkişaf" Sosial İqtisadi Araşdırmalar Mərkəzi və "Hüquqi və Demokratik İslahatlar Mərkəzi" tərəfindən başlanan monitorinq iyunun 30-dək davam edəcək. "İnkişaf" Sosial İqtisadi Araşdırmalar Mərkəzindən cümə günü Trend -a verilən məlumata görə, monitorinqin keçirilməsində məqsəd ölkə mətbuatında gedən proseslərlə bağlı araşdırma aparmaq, mətbuatın ümumi intellektual səviyyəsini öyrənmək, şəxsiyyətin və vətəndaşın şərəf və ləyaqətinə toxunan fəaliyyət ünsürlərini qiymətləndirməkdir.

Trend -un arayışı: Monitorinq gündəlik çap olunan 15 qəzeti əhatə edəcək.

Məlumata görə, monitorinqin keçirilməsində məqsəd əldə olunan nəticələri ictimaiyyətin diqqətinə təqdim etməklə yol verilmiş pozuntulara qarşı ümumi ictimai qınağın formalaşdırılmasına və jurnalistlərin yüksək peşəkarlığa nail olmalarına yardım etməkdir.

Monitorinqin dəyərləndirmə kriteriyaları dörd əsas prinsip (jurnalistin peşə etikasını pozması, məlumat mənbəyinə istinad, şərəf və ləyaqətin toxunulmazlığı prinsipinin gözlənilməsi, plagiatlıq, faktların bilərəkdən təhrif edilməsi, böhtan, təhqir və əsaslandırılmamış ittiham) üzərində qurulacaq. Dəyərləndirmə peşəkar hüquqşünaslar və mətbuat məsələləri üzrə xüsusi nüfuzlu ekspertlər tərəfindən aparılacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti