...

Azərbaycanda idman kanalına iddialılar artıb

Cəmiyyət Materials 13 İyun 2008 16:52 (UTC +04:00)
Azərbaycanda idman kanalına iddialılar artıb

Azərbaycan, Bakı, 13 iyun/ Trend , müxbir E.Babayev/ Azərbaycanda idman kanalının açılması üçün elan edilən müsabiqəyə daha bir iddialı qoşulmaq niyyətindədir. "Lider TV bizdən müsabiqə ilə bağlı müvafiq sənədləri götürüb və hazırda həmin sənədlər üzərində iş aparır. Ancaq hələlik rəsmi ərizə bizə təqdim olunmayıb" - cümə günü Trend -a Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib.

MTRŞ ötən ay  "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələblərini rəhbər tutaraq, idman televiziya kanalının açılması üçün Bakı və Abşeron ərazisində  televiziya üzrə 58-ci tezlik resursuna müsabiqə elan edib. Müsabiqəyə qoşulan olmadığından, mayın 21-də müsabiqənin vaxtı daha bir ay uzadılıb. Qanunvericiliyə görə, müsabiqəyə ən azı 3 iddialı qoşulmalıdır. Müsabiqənin uzadılmış vaxtı zamanı isə iddiaçıların sayının 3 olması şərti götürülür.

Məhərrəmli bildirib ki, Lider TV-dən başqa, AzTV də iddiaçılar sırasındadır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti