...

Macarıstanda cəza çəkən Azərbaycan zabiti bu günə qədər hüquqlarının pozulması ilə bağlı şikayət etməyib – Macarıstan ombudsmanı

Cəmiyyət Materials 18 İyun 2008 13:43 (UTC +04:00)
Macarıstanda cəza çəkən Azərbaycan zabiti bu günə qədər hüquqlarının pozulması ilə bağlı şikayət etməyib – Macarıstan ombudsmanı

Azərbaycan, Bakı, 18 iyun / Trend , müxbir S.Ağayeva/ Azərbaycan ordusunun Macarıstanda cəza çəkən zabiti Ramil Səfərov bu ölkənin Ombudsman İnstitutunun daimi diqqəti altındadır.

"Biz daima Azərbaycan zabitinin hüquqlarının müdafiəsi ilə bağlı vəziyyəti izləyirik və bu günə qədər ondan cəzaçəkmə müəssisəsində hüquqlarının pozulması ilə bağlı şikayət daxil olmayıb", - deyə çərşənbə günü Bakıda jurnalistlərə Macarıstan ombudsmanı Atilla Peter bildirib.

Azərbaycan Silahlı Qüvvələrinin zabiti Səfərov 2004-cü ilin fevral ayında erməni zabitini qətlə yetirdiyinə görə Budapeşt məhkəməsinin qərarı ilə azadlıqdan məhrum edilib. Səfərovun qəzəblənməsinə, onun da iştirak etdiyi NATO kurslarında erməni dinləyici-zabitlərin onu və digər azərbaycanlı hərbçiləri məsxərəyə qoymaları səbəb olub.

Azərbaycan Ramil Səfərovun vətəninə ekstradisiyası barədə məsələ qaldırmağa hazırlaşır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti