...

Azərbaycanın futbol klubu makedoniyalı futbolçudan imtina edib

Cəmiyyət Materials 18 İyun 2008 15:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Bakı" futbol klubu yığma komandanın üzvü olan Elvin Əliyevlə iki illik müqavilə bağlamağa yaxındır. Bu barədə çərşənbə günü Trend -a "Bakı" klubunun baş meneceri Zeynal Məmmədov bildirib.

Əliyev futbol üzrə Premyer-Liqanın sonuncu mövsümündə "Olimpik" klubunda çıxış edib. Onunla yanaşı, yığma komandanın digər üzvü, yaxınlarda "Xəzər-Lənkəran" klubundan ayrılan Mahir Şükürovun da "Bakı"ya keçəcəyi haqda söz-söhbət yaranıb. Məmmədov Trend -a açıqlamasında Şükürovla maraqlanmadıqlarını, bu futbolçu ilə heç bir transfer danışıqları aparmadıqlarını bildirib.

Baş menecer deyib ki, bu gün "Qarabağ" klubu ilə rəsmi müqavilə bağlayacaq makedoniyalı futbolçu Artim Şakiri əvvəllər "Bakı"ya təklif olunub. "Amma biz bu futbolçunun xidmətindən imtina etdik. Bilirsiniz ki, bizim klub İngiltərə Premyer-Liqasında oynamış digər makedoniyalı futbolçu Georgi Xristovla danışıqlar aparır və onun məsələsinə sabah aydınlıq gələcək" - deyə klub rəsmisi əlavə edib.

"Bakı" növbəti mövsümün hazırlığının ilk mərhələsini Qubada keçirəcək. Komanda iyulun 15-dən 30-dək Sloveniyada təlim-məşq toplanışında olacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti