...

Azərbaycanın "Qəbələ" futbol klubu çempion komandanın qapıçısı ilə müqavilə bağlayıb

Cəmiyyət Materials 18 İyun 2008 18:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Qəbələ" futbol klubu "İnter" komandasının qapıçısı Cahangir Həsənzadə ilə iki illik müqavilə bağlayıb. Bu barədə çərşənbə günü Trend -a "Qəbələ" klubunun mətbuat xidməti məlumat verib.

Həsənzadə Azərbaycanın futbol üzrə yığma komandasının da formasını daşıyır. O, son illərdə yığma komandadakı mövqeyini "Qarabağ"ın qapıçısı Fərhad Vəliyevə versə də, fasilələrlə millinin oyunlarına dəvət alır.

Bu, "Qəbələ" klubunun fasilə dövründə ilk transferi deyil. Həsənzadədən əvvəl Qoqa Beraya, Kənan Kərimov, Asen Nikolov kimi futbolçular da "Qəbələ" ilə müqavilə bağlayıblar.

Qarşıdakı futbol mövsümündə mükafatçılar sırasına düşməyi planlaşdıran "Qəbələ" komandasının baş məşqçisi Ramiz Məmmədovdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti