...

Azərbaycanın "Qəbələ" futbol klubu üç yeni futbolçu ilə müqavilə bağlayıb

Cəmiyyət Materials 23 İyun 2008 14:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Qəbələ" futbol klubu Gürcüstanın "Ameri" komandasının keçmiş kapitanı olan Georgi Dibitaşvili adlı futbolçunu baxışa dəvət edib. Bu barədə bazar ertəsi Trend -a "Qəbələ" klubunun mətbuat xidməti məlumat verib.

Mərkəz müdafiəçisi mövqeyində çıxış edən gürcü futbolçudan fərqli olaraq, "Qəbələ" klubu artıq "Bakı"nın keçmiş oyunçuları olan Asen Nikolov və Elnur Abbasovla bir illik müqavilə bağlayıb. Futbol üzrə sonuncu mövsümü "Masallı" klubunun heyətində çıxış etmiş Vüsal Hüseynov da "Qəbələ" ilə bir illik müqavilə imzalayıb.

"Qəbələ" artıq iki gündür ki, Mingəçevir şəhərində təlim-məşq toplanışına başlayıb. Dibitaşvili və baxışa dəvət olunacaq digər legioner futbolçularla bağlı son qərar toplanış vaxtı veriləcək.

"Qəbələ" klubunun baş məşqçisi Ramiz Məmmədovdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti