...

Azərbaycanın "Qarabağ" klubu İtaliya komandasında çıxış etmiş futbolçunu baxışa dəvət edib

Cəmiyyət Materials 24 İyun 2008 12:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Qarabağ" futbol klubu bu gün Gürcüstandan olan iki yeni futbolçunu baxışdan keçirəcək. Bu barədə Trend -a "Qarabağ" klubunun mətbuat xidməti məlumat verib.

"Qarabağ" klubunun baxışa dəvət etdiyi futbolçulardan biri - Tengiz Çxidze dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edir. O, Gürcüstanın "Ameri" klubundan dəvət olunub. Levan Melkadze adlı hücumçu isə İtaliyanın "Syena", Norveçin "Volarenqo" və Moldovanın "Zimbru" klublarında çıxış edib. Melkadze Gürcüstanın yığma komandasının heyətində çıxış edərək, dörd oyunda bir qol vurub.

"Qarabağ" klubunun məşqçilər heyəti bu futbolçuları bu gün "Bakılı" komandası ilə keçirəcəkləri yoxlama oyununda sınayacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti