...

Azərbaycanlı avarçəkənlər dünya kubokunun növbəti mərhələsində iştirak edəcəklər

Cəmiyyət Materials 25 İyun 2008 15:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyun / Trend , müxbir R.Ergün/Azərbaycanın kayak və kanoe növləri üzrə avarçəkmə yığma komandası Polşanın Poznan şəhərində keçiriləcək dünya kubokunun üçüncü mərhələsində iştirak edəcək. Bu barədə Trend -a Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) mətbuat xidməti məlumat verib.

İyunun 27-də başlayacaq yarış üç gün davam edəcək. Azərbaycanı dünya kuboku yarışında avarçəkmənin kayak növündə Fikrət Zeynalov və Elmar Məmmədov təmsil edəcəklər. Kanoeçilərin yarışında isə, Aleksandr Kasatkin və Valentin Demyanenko qüvvələrini sınayacaqlar. Demyanenko dünya kubokunun birinci mərhələsinin qalibidir.

Avarçəkmə üzrə dünya kubokunda 41 ölkəni təmsil edən 341 idmançı iştirak edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti