...

Azərbaycanlı futbol hakimi məşhur klubun oyununu idarə edəcək

Cəmiyyət Materials 25 İyun 2008 17:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyun / Trend , müxbir R.Ergün/Azərbaycanlı futbol hakimi Babək Quliyev, UEFA-İntertoto kuboku çərçivəsində, Norveçin məşhur "Rusenborq" klubunun oyununu idarə edəcək. Bu barədə Trend -a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidməti məlumat verib.

"Rusenborq" klubu UEFA-İntertoto kubokunun ikinci mərhələsində Litvanın "Ekranas" və Estoniyanın "Trans" komandalarının görüşündə qalib gələn tərəflər qarşılaşacaqlar. "Rusenborq"la "Ekranas" - "Trans" cütünün qalibi arasındakı oyun iyulun 12-də keçiriləcək.

FİFA dərəcəli hakim Quliyevə oyunu idarə etməkdə azərbaycanlı yan xətt hakimləri - Azər Əsgərov və Ramiz Əsədov kömək edəcəklər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti