...

Ruhi erməni əsilli müğənni ilə səhnəni bölüşməkdən imtina etdi

Cəmiyyət Materials 28 İyun 2008 10:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 iyun /TrendLife müx. Günel Əhmədova

Ruhinin bir neçə gün öncə Türkiyəyə səfər edərək orada keçiriləcək əyləncə mərkəzlərindən birinin açılışında iştirak edəcəyi barədə yazmışdıq. Müğənninin rəhbərlik etdiyi "Fasihon sity"nin koodinatoru Nəzakət Hacıyevanın TrendLife-a bildirdiyinə görə, səfər məlum səbəblərdən təxirə düşüb.

Xatırladaq ki, müğənni ilə N.Hacıyeva Türkiyəyə "Best Model of the World"ün prezidenti Erkan Özərmanın təklifi ilə getməli idilər. Erkan bəylə telefon bağantılarının birində o, Ruhi xanıma tədbirdə Türkiyə və bir çox ölkələrin siyasi və sosial dairələrdən, mədəniyyət aləmindən olan nüfuzlu insanların iştirak edəcəyini bildirmişdi. Erkan bəy eyni zamanda Ruhinin bu tədbirdə həm də müğənni kimi Azərbaycanı təmsil edəcəyini diqqətə çatdırmışdı. Tədbirin musiqili hissəsində azərbaycanlı müğənniyə səhnəni Enrike Marsiyas adlı fransalı müğənni ilə bölüşəcəyi tövsiyə olunmuşdu. Xatırladaq ki, sözugedən müğənni Türkiyədə çox məşhurdur və qardaş ölkənin sənətçilərinin repertuarında onun mahnıları yer alıb. Buna Ajda Pekanın "Xoş gəldin" mahnısını misal çəkmək olar.

Lakin Ruhi xanım sonradan E.Marsiyasın yəhudi əsilli olduğunu öyrənib. Məlum olub ki, sözügedən şəxs Fransada yəhudi icmalarından birinə rəhbərlik edir. Bu ərəfədə müğənniyə Enrike Marsiyasın kökünün ermənilərə yaxın olduğu bildirilib. Xəbəri dəqiqləşdirmək üçün o, Moskvada yaşayan dostlarına müraciət edib və xəbər təsdiqlənib. Lakin internet axtarışları zamanı Ruhi xanım belə bir nəticə ala bilməyib. Amma buna baxmayaraq ehtiyatı əldən vermək istəməyən müğənni onunla bir səhnəni bölüşməkdən imtina edib.

Nəzakət xanımın sözlərinə görə, həmin tədbirdə müğənni kimi yalnız Ruhi xanımla E.Marsiyasın çıxışı nəzərdə tutulmasaydı, bəlkə də səfər təklifi qəbul olunardı: "Erkan bəy təklif etmişdi ki, Ajda xanımın həmin mahnısı duet şəklində hər iki sənətçinin ifasında səsləndirilsin. Həmin tədbiri Türkiyənin onlarla mətbuat və televiziya nümayəndələri işaqlandıracaqlar. Əgər bu versiya təsdiqini taparsa, azərbaycanlı müğənninin erməni əsilli sənətçi ilə çıxışı böyük rezonansa səbəb ola bilər. Bunun qarşısını almaq üçün səfərdən imtina etdik".

Xəbər lenti

Xəbər lenti