...

Milli QHT Forumunun prezidentliyinə namizədlərin adları açıqlanıb

Cəmiyyət Materials 30 İyun 2008 12:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 iyun/ Trend müxbir C.Babayeva/ Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidentliyinə Demokratik Seçki Mərkəzinin rəhbəri Rauf Zeyni, Türkiyə Universitetləri Məzunları Birliyinin sədri Çingiz Bayramov və İctimai Problemlərin Tədqiqi Assosiasiyasının rəhbəri Məhərrəm Zülfüqarlının namizədliyi irəli sürülüb. Trend -un məlumatına əsasən, bu barədə bazar ertəsi Bakıda keçirdiyi mətbuat konfransında MQF-nin sədr əvəzi Rauf Zeyni məlumat verib.

Trend -un arayışı: Milli QHT Forumunun keçmiş prezidenti Azay Quliyev Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına sədr seçildiyinə görə istefa verib. VII növbədənkənar qurultaya qədər sədrin səlahiyyətlərinin icra olunması Zeyniyə həvalə olunub.

Onun sözlərinə görə, İdarə Heyətinin 21 nəfərlik üzvlüyünə 31 nəfərin namizədliyi qeydə alınıb. İdarə Heyətinin hazırkı 19 üzvünün hamısı namizədliyini yenidən irəli sürüb.

Zeyninin bildirdiyinə görə, Milli QHT Forumunun qurultayına hazırlıq dövründə 9 QHT Foruma üzv qəbul olunub və hazırda Forumun 479 üzvü var.

Trend -un arayışı: Milli QHT Forumunun VII növbədənkənar hesabat-seçki qurultayı iyulun 2-də Opera və Balet Teatrında keçirələcək. Qurultaya Forumun bütün üzvləri, Milli Məclis, hökumət və KİV, səfirliklər və beynəlxalq təşkilatların nümayəndələri dəvət olunub. Qurultayda MQF-nin bütün rəhbər orqanlarına - prezident, İdarə Heyəti və Nəzarət-Təftiş Komissiyasına seçkilər keçiriləcək. Forumun rəhbər orqanları dörd il müddətinə seçilir.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan - trend

Xəbər lenti

Xəbər lenti