...

Azərbaycanın "Bakı" futbol klubu makedoniyalı futbolçudan cavab gözləyir – baş menecer

Cəmiyyət Materials 2 İyul 2008 15:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 iyul / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Bakı" futbol klubunun rəhbərliyi Makedoniyadan olan futbolçu Georgi Xristovun transferinin reallaşacağına inanır. "Bu futbolçunun klubumuza keçidinin yubanmasının bəzi səbəbləri var. Makedoniyalı oyunçu bizdən fikirləşmək üçün iyulun 5-dək vaxt istəyib. İnanırıq ki, iki-üç gün ərzində onun transferini həyata keçirə biləcəyik. Xristovun "Bakı"ya keçmək ehtimalı 99 faizdir", çərşənbə günü Trend -a "Bakı" klubunun baş meneceri Zeynal Məmmədov deyib.

Trend -un arayışı: Georgi Xristov İngiltərə Premyer-Liqasında çıxış edib. O, hazırda "Bakı"nın baş məşqçisi olan Qyoko Hacievskinin rəhbərliyi altında uzun müddət Makedoniya yığma komandasında forma geyib. Xristov "Barnsli" klubunun heyətində İngiltərə Premyer-Liqasında çıxış edərək bir neçə dəfə qol vurması ilə yadda qalıb.

Məmmədov bildirib ki, Xristovun "Bakı"ya keçib-keçməyəcəyindən asılı olmayaraq, daha bir neçə yeni futbolçunun transfer olunması nəzərdə tutulub: "Bir, ya da iki yeni futbolçu almaq istəyirik. Komandamızın baş məşqçisinin istəyinə uyğun olaraq, lazım olan mövqelərə transferlər edəcəyik".

"Bakı" klubu hazırda Qubada təlim-məşq toplanışındadır. Hazırlığın bu mərhələsindən sonra "Bakı" təlim-məşq toplanışı keçmək üçün Sloveniyaya gedəcək.

Xəbər lenti

Xəbər lenti