...

Azərbaycanın "Xəzər-Lənkəran" klubu braziliyalı futbolçunun Özbəkistan komandasına keçidini rəsmiləşdirəcək

Cəmiyyət Materials 8 İyul 2008 17:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 iyul / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Xəzər-Lənkəran" futbol klubu Braziliyadan olan oyunçusu Mario Souzanın Özbəkistanın "Paxtakor" komandasına transferini gələn həftə həll edəcək. Bu barədə çərşənbə axşamı Trend -a "Xəzər-Lənkəran" klubunun mətbuat xidməti məlumat verib.

Trend -un arayışı: Souza "Xəzər-Lənkəran" klubuna bu ilin əvvəlində transfer olunub. Braziliyalı futbolçu "Xəzər-Lənkəran"ın heyətində bu ilin yanvar ayında Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən "Birlik Kuboku"nun qalibi olub. O, "Birlik Kuboku"nun "Xəzər-Lənkəran" - "Paxtakor" final oyunundan sonra Özbəkistan klubunun rəsmiləri ilə gizlicə transfer danışıqlarına başlayıb.

Mətbuat xidmətinin məlumatına görə, "Xəzər-Lənkəran" rəhbərliyi Souzanın komandada qalmasını istəmir və onun, transfer haqqı önəlilmək şərti ilə, "Paxtakor"a keçidində heç bir problem olmayacaq.

Azərbaycan kubokunu qazanmaqla UEFA kubokunda iştirak edəcək "Xəzər-Lənkəran" hazırda Avstriyada təlim-məşq toplanışındadır. Komanda iyulun 9 - da Rumıniyanın "Arqes" klubu ilə yoxlama oyunu keçirəcək. Hazırlıq prosesinin Avstriyada keçirilməsində məqsəd, UEFA kubokunda Polşanın "Lex" komandası ilə oyunlara ciddi hazırlaşmaqdır.

"Xəzər-Lənkəran" komandasının baş məşqçisi Ağasəlim Mircavadovdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti