Azərbaycan, Bakı, 11 iyul /TrendLife müxbir Eldar Hüseynzadə/
Azərbaycan filmləri Asiyada keçirilən "Asia Pacific Screen Awards" festivalında təqdim olunacaq. Bu haqda TrendLife-a "Nərimanfilm" kino şirkətindən xəbər verilib. Bu şirkətin xətti ilə Cənubi Qafqazın müstəqil kino xadimləri Assosiasiyası "Asia Pacific Screen Awards FIAPF"-Beynəlxalq kinoprodüsserlər federasiyası ilə birlikdə "Asia Pacific Screen Awards"ın nəzərdən keçirməsi üçün Azərbaycan filmlərinin qəbuluna başlanıldığını bildirir. Asiya festivalında dünyüanın 70 - dən çox ölkəsindən filmlər təqdim olunacaq. Cənub Qafqazın müstəqil kino xadimləri Assosiasiyası dörd kateqoriya üzrə seçim edəcək: bədii, tammetrajlı animasiya, tammetrajlı sənədli, tammetrajlı uşaq filmləri. Ərizələr avqustun 15 -dək qəbul olunur; Cənubi Qafqazın müstəqil kino xadimləri Assosiasiyası filmləri festivalda sentyabrın 1- də təqdim edəcək. Avstraliyada filmlər Müstəqil Şura tərəfindən nominasiyalar üzrə qiymətləndiriləcək. Onun tərkibinə ekspertlər, Proqramın rəhbərləri, Sakit okean və Asiya regiounundan kino tənqidçiləri və b. daxildir.