...

Azərbaycanın "Olimpik" klubu Braziliyadan olan iki futbolçu ilə müqavilə bağlayıb

Cəmiyyət Materials 14 İyul 2008 13:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 iyul / Trend , müxbir R.Ergün/ Azərbaycanı UEFA kubokunda təmsil edəcək "Olimpik" futbol klubu iki oyunçu ilə müqavilə bağlayıb. Bu barədə bazar ertəsi Trend -a "Olimpik" klubunun mətbuat xidməti məlumat verib.

Azərbaycan Premyer-Liqasının sonuncu mövsümündə gümüş medalları qazanmış "Olimpik" klubu Braziliyadan olan futbolçu Junivan Suareslə bir illik müqavilə bağlayıb. Hücumçu mövqeyində çıxış edən futbolçu ötən il də "Olimpik"in heyətində oynayıb. Çempionat başa çatandan sonra onun "Olimpik"dən uzaqlaşdırılacağı gözlənilsə də, klub rəhbərliyi son anda futbolçu ilə yeni müqavilə bağlamaq qərarına gəlib.

"Olimpik" Suareslə yanaşı, sonuncu mövsümdə "Bakı" klubunda çıxış etmiş braziliyalı hücumçu Leandro Qomeşlə də bir illik müqavilə bağlayıb. Qomeş Azərbaycan yığma komandasında da çıxış edir.

Azərbaycan klubu UEFA kubokunda Serbiyanın "Voyvodina" komandası ilə görüşəcək. İlk oyun iyulun 17-də, Serbiyada keçiriləcək. Cavab oyunu isə iyulun 31-də Bakıda olacaq.

"Olimpik" klubu "Voyvodina" ilə ilk oyununu keçirmək üçün bu gün axşam Serbiyaya yola düşəcək.

Xəbər lenti

Xəbər lenti