...

Azərbaycanda korrupsiyaya şərait yaratdığı üçün iki hakim cəzalandırılıb

Cəmiyyət Materials 14 İyul 2008 17:32 (UTC +04:00)
Azərbaycanda korrupsiyaya şərait yaratdığı üçün iki hakim cəzalandırılıb

Azərbaycan, Bakı, 14 iyul / Trend , müxbir K.Zərbalıyeva/ Korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə görə iki hakim cəzalandırılıb.

Məhkəmə-Hüquq Şurasının iclasında Bakı şəhəri Binəqədi rayon məhkəməsinin hakimi Sevil Məmmədovaya töhmət verilib, Şəmkir rayon məhkəməsinin hakimi Əmrah Nəcəfovun başqa işə keçirilməsi barədə qərar qəbul olunub.

İclasda qanunvericiliyin tələblərini pozduğuna görə 1 hakim barədə intizam icraatı başlanılıb.

Ötən il bütün hakim korpusunun fəaliyyətinin qiymətləndirilməsi nəticəsində, 30-dan çox hakimin səlahiyyətlərinə xitam verilib, habelə son iki il ərzində 50-dək hakim barədə intizam icraatı başlanılıb, o cümlədən korrupsiya hüquqpozmalarına yol verdiklərinə görə, 3 nəfərin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, 3 nəfər isə aşağı işə keçirilib.

Ötən il ölkə başçısının fərmanları ilə hakim ştatları 50 faiz artırılıb. Bu isə hakimlərin iş yükünün və onların fəaliyətində süründürməçilik hallarının azalmasını, işlərə daha keyfiyyətli baxılmasını təmin edib.

Azərbaycanda hazırda 327 hakim fəaliyyət göstərir. Vakant hakim yerlərinin sayı isə 200-dən artıqdır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti