...

Azərbaycanın futbol üzrə yığma komandası sabah Türkiyənin məşhur "Qalatasaray" klubu ilə oynayacaq

Cəmiyyət Materials 17 İyul 2008 12:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyul / Trend , müxbir R.Ergün/ Azərbaycanın 19 yaşlı futbolçulardan ibarət yığma komandası sabah Türkiyənin məşhur "Qalatasaray" klubunun aşağı yaş qrupu üzrə komandası ilə yoxlama oyunu keçirəcək. Bu barədə Trend -a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidməti məlumat verib.

Türkiyədə təlim-məşq toplanışında olan Azərbaycan yığması "Qalatasaray"ın 19 yaşlılardan ibarət komandası ilə görüşəcək.

"Qalatasaray" klubu 2000-ci ildə UEFA kubokunun qalibi olandan və Superkubok oyununda İspaniyanın "Real" (Madrid" komandasını məğlub edəndən sonra məşhurlaşıb.

Azərbaycanın 19 yaşlılardan ibarət yığma komandasının baş məşqçisi Yaşar Vahabzadədir.

Xəbər lenti

Xəbər lenti