...

Azərbaycanın "Qarabağ" klubu türkiyəli futbolçuları transfer edəcək – baş məşqçi

Cəmiyyət Materials 17 İyul 2008 15:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyul / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Qarabağ" klubu Türkiyədən olan futbolçularla güclənmək istəyir. Bu barədə Türkiyə mətbuatına "Qarabağ"ın türkiyəli baş məşqçisi Rasim Kara danışıb.

Türkiyənin Qızılcahamam şəhərində təlim-məşq toplanışında olan "Qarabağ" klubunun heyətində bir neçə türkiyəli futbolçu baxışdan keçir.

Kara "Qarabağ"ın Azərbaycan Premyer-Liqasının 2008-2009-cu il mövsümündə çempionluq uğrunda mübarizə aparacağını, bu məqsədlə Türkiyədən olan futbolçuları transfer edəcəklərini bildirib. "Azərbaycan Premyer-Liqasında legioner futbolçulara qoyulan limit ləğv olunub. Bu bizə türkiyəli futbolçuları transfer etməyə imkan verir", - deyə baş məşqçi əlavə edib.

"Qarabağ" klubu Azərbaycan Premyer-Liqasının sonuncu mövsümündə beşinci yeri tutub.

Kara əvvəllər Türkiyənin "Beşiktaş" klubunun baş məşqçisi olub. O, Azərbaycanda "Qarabağ"dan əvvəl "Xəzər-Lənkəran" komandasında baş məşqçi kimi fəaliyyət göstərib.

Xəbər lenti

Xəbər lenti