...

Azərbaycanın ali təhsil müəssisələrində dördüncü ixtisas qrupu üzrə üç mindən çox plan yeri ayrılıb

Cəmiyyət Materials 18 İyul 2008 14:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyul/ Trend , müxbir C.Babayeva/ Azərbaycanın ali təhsil müəssisələrində 2008-2009-cu tədris ili üçün dördüncü ixtisas qrupu üzrə 3459 plan yeri ayrılıb. Bu barədə jurnalistlərə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə məlumat verib.

Onun sözlərinə görə, iyulun 20-də keçiriləcək dördüncü ixtisas qrupu üzrə qəbul imtahanlarının nəticələri iyulun 22-23-də məlum olacaq. "İmtahanların nəticələri elan oldunduqdan sonra abituriyentlər internetin köməyi ilə iyulun 25-dən avqustun 5-dək özlərinə ixtisas seçə bilərlər", - Abbaszadə bildirib.

Dördüncü ixtisas qrupu üzrə 17164 abituriyent ərizə verib. Bu il dördüncü ixtisas qrupu üzrə ali təhsil almaq istəyənlərin sayı ötən illərə nisbətən çoxdur (2007/2008-ci illərdə 13174; 2006/2007-ci illərdə13163).

Xəbər lenti

Xəbər lenti