...

Azərbaycan prezidenti jurnalistlərin əfvi məsələsinə baxacaq

Cəmiyyət Materials 22 İyul 2008 11:43 (UTC +04:00)
Azərbaycan prezidenti jurnalistlərin əfvi məsələsinə baxacaq

Azərbaycan, Bakı, 22 iyul / Trend , müxbir E.Babayev / Azərbaycan prezidenti İlham Əliyev həbsdə olan 3 jurnalistin əfv olunması məsələsinə baxacaq. "Azərbaycanın Mətbuat Şurasının jurnalistlərin əfvi ilə bağlı göndərdiyi müraciət bizə çatıb və artıq həmin müraciət prezidentə məruzə olunub", bunu Prezidentin İcra Aparatının İctimai-siyas şöbə müdiri Əli Həsənov deyib.

Bu gün Azərbaycanda 3 jurnalist həbsdədir - "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid, "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayev və "Azadlıq" qəzetinin əməkdaşı Mirzə Sakit.

Həsənov vurğulayıb ki, hazırda Prezidentin İcra Aparatında mətbuatla bağlı bir sıra layihələr və müraciətlər var. Onlardan biri də jurnalistlərin əvf edilməsi məsələsidir. "Cənab prezident məzuniyyətdən qayıtdıqdan sonra bu məsələlərə baxacaq. İndidən yalnız onu deyə bilərəm ki, hazırda həbsdə olan 3 jurnalistin azadlığa buraxılması ilə bağlı ictimaiyyətdə birmənalı rəy yoxdur", - deyə Həsənov bildirib.

Azərbaycan prezidenti İlham Əliyev iyulun 15-dən qısamüddətli məzuniyyətə çıxıb.

Xəbər lenti

Xəbər lenti