...

Azərbaycanlı futbolçuların hərbi xidmətə çağırışla bağlı heç bir problemləri yoxdur – klub rəisi (video)

Cəmiyyət Materials 30 İyul 2008 12:01 (UTC +04:00)
Azərbaycanlı futbolçuların hərbi xidmətə çağırışla bağlı heç bir problemləri yoxdur – klub rəisi (video)

Azərbaycan, Bakı, 30 iyul / Trend , müxbir R.Ergün/ Azərbaycanlı futbolçuların hərbi xidmətə çağırışla bağlı heç bir problemləri yoxdur. "Xidmət etməsi lazım olan futbolçuların hamısı sərəncamımızdadır. Oktyabr və yanvar aylarında da hərbi xidmətə çağırılan futbolçular olacaq", çərşənbə günü Trend -a Bakının Mərkəzi Ordu İdman Klubunun (MOİK) rəisi Natiq Əliyev deyib.

Trend -un arayışı: MOİK klubu bu ildən etibarən futbol üzrə Azərbaycan Premyer-Liqasında çıxış etmək imkanı qazanıb. Ordu klubunun digər komandalarda çıxış edən futbolçuları sıralarına qatmaq istəməsi narazılığa səbəb olub. Hazırda "Qarabağ" klubunun və yığma komandanın əsas qapıçısı olan Fərhad Vəliyevlə "Simurq" komandasının üzvü Ramil Sayadov hərbi xidmətlə əlaqədar MOİK-dədir.

Əliyev bildirib ki, "Qarabağ" klubunun kapitanı Aslan Kərimovun da hərbi xidmətə çağırılması məsələsi müzakirə olunub. "Amma bu futbolçunun yaşı 35-dən yuxarı olduğu üçün onu hərbi xidmətə çağıra bilmədik", - deyə klub rəisi əlavə edib.

MOİK klubu əvvəllər də Azərbaycan çempionatının yüksək liqasında çıxış edib.

Ordu komandasının baş məşqçisi Qəhrəman Əliyevdir.

Xəbər lenti

Xəbər lenti