...

Azərbaycan KİV-ləri 5 min manat məbləğində birdəfəlik maliyyə yardımı alacaqlar

Cəmiyyət Materials 31 İyul 2008 14:26 (UTC +04:00)
Azərbaycan KİV-ləri 5 min manat məbləğində birdəfəlik maliyyə yardımı alacaqlar

Azərbaycan, Bakı, 31 iyul / Trend , müxbir A.Əliyev/ Azərbaycan prezidenti İlham Əliyev Kütləvi İnformasiya Vasitələrinə birdəfəlik maliyyə yardımının göstərilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla qəzet və informasiya agentliklərinin hər birinə Prezidentin Ehtiyat Fondundan 5 min manat məbləğində birdəfəlik maliyyə yardımı ediləcək. Siyahıda 8 informasiya agentliyi, 30 qəzetin adı var.

Maliyyə Nazirliyinə tapşırılıb ki, qəzet və İnformasiya Agentliklərinə vəsaitin ödənilməsini təmin etsin.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti