...

Azərbaycan "Neftçi" klubu "Qalatasaray" və "Beşiktaş" komandalarının oyunçuları ilə müqavilə bağlayıb

Cəmiyyət Materials 11 Avqust 2008 18:52 (UTC +04:00)
Azərbaycan "Neftçi" klubu "Qalatasaray" və "Beşiktaş" komandalarının oyunçuları ilə müqavilə bağlayıb

Azərbaycan, Bakı, 11 avqust / Trend , müxbir R.Ergün/ Azərbaycan Preymer-Liqasının flaqmanı "Neftçi" Peşəkar Futbol Klubu Türkiyənin "Qalatasaray" və "Beşiktaş" komandalarının oyunçularını transfer edib. Bu barədə Trend -a "Neftçi" PFK-dan məlumat verilib.

Məlumata görə, kluba transfer olanlar hücumçu mövqeyində oynayan Ali Consun və dayaq yarımmüdafiəçisi Suat Ustadır.

Consun vaxtilə Türkiyənin "Beşiktaş" və "Gənclərbirliyi" klublarında oynayıb. Suat Usta isə, "Qalatasaray" klubunda və Türkiyənin 21 yaşlılardan ibarət yığma komandasında oynayıb.

Azərbaycan Preymer-Liqasının ilk turunda "Neftçi" Standart klubuna 0:1 hesabı ilə məğlub olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti