...

Bu gün futbol üzrə Azərbaycan yığma komandası İslandiyaya yola düşəcək

Cəmiyyət Materials 18 Avqust 2008 10:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 avqust / Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol üzrə milli komandası avqustun 20-də İslandiya yığması ilə yoldaşlıq oyunu keçirmək üçün bu gün səfərə çıxacaq. Bu barədə bazar ertəsi Trend -a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidməti məlumat verib.

İslandiya-Azərbaycan oyunu Reykyavik şəhərində keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 00.45-də başlayacaq.

Azərbaycan milli komandası indiyə kimi İslandiya yığması ilə qarşılaşmayıb.

Azərbaycan yığmasının baş məşqçisi almaniyalı Berti Foqtsdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti