Azərbaycan, Bakı, 02 sentyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Bakı" futbol klubu qısamüddətli təlim-məşq toplanışı keçmək üçün Türkiyiyə gedəcək. Bu barədə çərşənbə axşamı Trend -a "Bakı" klubunun baş meneceri Zeynal Məmmədov məlumat verib.
Türkiyənin Antalya şəhərində hazırlıq keçəcək "Bakı"nın səfəri sentyabrın 5-dən 15-dək davam edəcək.
"Bakı" klubunun hazırlıq keçmək üçün Türkiyəyə getməsinə, Azərbaycan yığma komandasının dünya çempionatının seçmə mərhələsinin oyunlarında iştirak etməsi şərait yaradıb.
"Bakı" Azərbaycan Premyer-Liqasında keçirdiyi dörd oyundan sonra 10 xalla liderlik edir.
Komandanın baş məşqçisi makedoniyalı Qyoko Hacievskidir.
Azərbaycanın daha bir futbol klubu - "Neftçi" də təlim-məşq toplanışı keçmək üçün sentyabrın 5-də Antalyaya yola düşəcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]