...

Avropa Şurası Azərbaycanda penitensiar sistemdəki islahatlara dəstək verir

Cəmiyyət Materials 2 Sentyabr 2008 14:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 sentyabr / Trend , müxbir K.Zərbalıyeva/ Avropa Şurası (AŞ) Azərbaycanda penitensiar sistemdəki islahatlara dəstək verir.

AŞ ilə Azərbaycan Ədliyyə Nazirliyi arasında əldə olunmuş razılaşmaya əsasən, "Azərbaycanda Həbsxana İslahatına Dəstək 2008-2009" layihəsinin icrasına başlanılıb.

Layihə həbsxana sistemində Avropa standartlarına uyğun islahatlar həyata keçirilməsi üçün ehtiyacların müəyyənləşdirilməsi məqsədini daşıyır. İki il müddətində davam edəcək layihə Norveç hökuməti tərəfindən maliyyələşdirilir.

Layihə hazırda başlanğıc mərhələsindədir.

Layihə həbsxana işçilərin profesional bacarıqlarının səviyyəsini yüksəltmək və bunun köməyi ilə məhbusların insan haqlarını müdafiə etmək üçün dəstək göstərmək, həbsxanalarda xəstəliklərin qarşısını almaq və sağlamlığı təşviq etmək vasitəsilə tibbi xidmətin təminatını inkişaf etdirmək, alternativ cəzaları tədbiq etmək və Azərbaycanda Sınaq Xidmətinin təsis edilməsinə dəstək vermək məqsədini daşıyır.

Məqalə müəllifi ilə əlaqə: [email protected]

Xəbər lenti

Xəbər lenti