...

Türkiyə ilə Ermənistanın futbol komandalarının görüşü iki ölkə arasında münasibətlərin düzəlməsinə kömək edə bilər – baş məşqçi

Cəmiyyət Materials 2 Sentyabr 2008 15:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 sentyabr / Trend , müxbir R.Ergün/ Futbol üzrə Türkiyə yığma komandasının baş məşqçisi Fatih Terim hesab edir ki, sentyabrın 6-da Yerevanda Ermənistanla keçiriləcək oyun iki ölkə arasındakı münasibətlərə yaxşı mənada təsir edəcək. "Ermənistanla futbol meydanındakı görüşümüz iki ölkə arasındakı münasibətlərin düzəlməsində yaxşı bir addım ola bilər", çərşənbə axşamı keçirdiyi mətbuat konfransında Terim deyib.

Türkiyə millisi ilə Ermənistan komandası 2010-cu ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində eyni qrupda yer alıb.

Ermənistan yığması AÇ-2008-in seçmə mərhələsində Azərbaycanla eyni qrupa düşmüşdü. Amma UEFA-nın sonradan çıxardığı qərara görə, iki ölkənin futbol komandaları arasındakı oyunlar keçirilmədi.

Terim bildirib ki, Ermənistanla qarşılaşmanın iki ölkə arasındakı münasibətlərə heç bir dəxli yoxdur.

Baş məşqçi qeyd edib ki, Türkiyədə hakim partiya olan Ədalət və İnkişaf Partiyasının millət vəkilləri bu oyunu izləmək üçün Ermənistana getməyəcəklər.

Bir müddət əvvəl Yerevanda Türkiyə ilə Ermənistanın gənclərdən ibarət yığma komandaları (U-21) görüşüb və meydan sahibləri 2:1 hesabı ilə qələbə qazanıblar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti