...

Azərbaycan üzrə həmməruzəçinin hüquq müdafiəçiləri ilə görüşündə məhbus jurnalistlərin problemi müzakirə edilib

Cəmiyyət Materials 16 Sentyabr 2008 12:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 sentyabr / Trend , K.Zərbalıyeva/ Hüquq müdafiəçiləri ilə çərşənbə axşamı Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçisi Andres Herkelin görüşündə seçki prosesi, siyasi məhbuslar, məhbus jurnalistlərin problemləri müzakirə edilib.

Bu barədə məlumat verən Söz Azadlığı Müdafiə Komitəsinin sədri Arzu Abdullayevanın sözlərinə görə, görüşdə satirik-jurnalist Mirzə Sakitə qarşı edilən təxribat barədə ətraflı məlumat verib .

Eynulla Fətullayev və Qənimət Zahidin də vəziyyəti, saxlanma şəraiti barədə məlumatlar həmməruzəçinin diqqətinə çatdırılıb.

Herkel səfəri çərçivəsində ədliyyə naziri Fikrət Məmmədovla görüşüb məhbus jurnalistlərin problemlərini müzakirə edəcəyinə söz verib.

Herkelin Azərbaycana səfəri dünəndən başlayıb.

Azərbaycanda həbsdə olan 3 jurnalist var.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]

Xəbər lenti

Xəbər lenti