...

Avropa Məhkəməsi Azərbaycanın müxalifətçi liderinin şikayəti ilə bağlı hökumətə sorğu göndərib

Cəmiyyət Materials 18 Sentyabr 2008 15:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 sentyabr / Trend , K.Zərbalıyeva/ Avropa Məhkəməsi2005-ci ilin parlament seçkiləri ilə bağlı Azərbaycandan göndərilən şikayətlərin araşdırılmasına başlayıb.

Azərbaycan Demokrat Partiyasınım (ADP) sədri Sərdar Cəlaloğlunun vəkili Fuad Ağayevin cümə axşamı verdiyi məlumatlara görə, İnsan Haqları üzrə Avropa Məhkəməsi ADP sədrinin şikayəti ilə əlaqədar Azərbaycan hökumətinə sorğu göndərib.

ADP sədri 2005-ci il parlament seçkilərində "Azadlıq" blokunun 09 saylı Binəqədi ikinci seçki dairəsindən vahid namizədi olmaqla, böyük üstünlüklə səsvermənin qalibi olub.

Onun qalib olması seçki protokollarında və KİV-lərdə də bəyan olunub.

Vəkil deyib ki, Mərkəzi Seçki Komissiyası ADP-nin qalibi olduğu 09 saylı ikinci Binəqədi seçki dairəsində səsvermənin nəticələrini qeyri-qanuni olaraq ləğv edib.

ADP sədri baş vermiş saxtakarlığa, qanun pozuntusuna görə və pozulmuş hüquqlarının bərpa olunması tələbi ilə ölkənin müvafiq məhkəmə instansiyalarına müraciət etsə də, onun iddiası təmin olunmayıb.

Ona görə də ADP sədri Avropa Məhkəməsinə müraciət edib.

2005-ci ilin parlament seçkiləri ilə əlaqədar Azərbaycandan Avropa Məhkəməsinə 30-dan artıq şikayət göndərilib.

Sağ təmayüllü partiya olan ADP 1991-ci ildə Cəlaloğlu tərəfindən təsis edilib. Partiya keçən ilin yanvarınadək iqtidara qarşı radikal müxalif mövqedə olub. Yanvarda ADP-nin hakimiyyətlə dialoq qurulması ilə bağlı yeni siyasi kursu qəbul edilib. Buna etiraz olaraq partiyanın keçmiş sədri Rəsul Quliyev və tərəfdarları ADP-dən imtina edərək özlərinin Açıq Cəmiyyət Pariyasını yaradıblar.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]

Xəbər lenti

Xəbər lenti