...

BQXK-nin Azərbaycandakı nümayəndəliyinə yeni rəhbər təyin olunub

Cəmiyyət Materials 26 Sentyabr 2008 11:53 (UTC +04:00)

Azərbaycan, , Bakı, 26 sentyabr / Trend , K.Zərbalıyeva/ Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinə yeni rəhbər təyin olunub.

Bu barədə BQXK-nin Azərbaycan nümayəndəliyindən cümə günü Trend -a məlumat verilib.

Yeni vəzifəsində cümə günündən fəaliyyətə başlayan Tun Vandenhuv bundan öncə Xorvatiyada BQXK-nin adminstratoru, Gürcüstan, Anqola, Konqo, Kenya, Efiopiyada nümayəndəsi, daha sonra Efiopiyada və Serbiyada nümayəndəlik başçısının müavini, Makedoniyada və Şri Lankada nümayəndəlik başçısı kimi çalışıb.

Ondan öncə BQXK-nin Azərbaycan nümayəndəliyinə isveçrəli Martin Amaşel rəhbərlik edib. O, iki il bu vəzifədə çalışıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]

Xəbər lenti

Xəbər lenti