...

Azərbaycanda qeyri - sabit hava şəraiti həftənin sonunadək davam edəcək

Cəmiyyət Materials 1 Oktyabr 2008 15:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 oktaybr / Trend , müxbir C. Babayeva/ Azərbaycan ərazisində son bir həftədə yağan intensiv yağışlar çaylarda sululuğu artırıb. Bu barədə çərşənbə günü Trend -a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Sentyabrın 28 - dən bu günə kimi ölkə ərazisində iki aylıq norma miqdarında yağıntı qeydə alınıb. Məlumata görə, Azərbaycanda qeyri - sabit hava şəraiti həftənin sonunadək davam edəcək.

Oktyabrın 2 - də günorta saatlarına kimi fasilələrlə yağıntı olacaq. Oktyabrın 3 ї 5 - də axşam və gecə saatlarında yağış yağması ehtimalı olsa da, bu, intensiv xarakter almayacaq.

Ölkənin dağlıq ərazilərində yağıntının sulu qara keçməsi proqnozlaşdırılır. Havanın temperaturu normadan 3 - 4 dərəcə aşağı düşüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti