...

Azərbaycanın Gənclər və İdman Nazirliyi 2009-cu ilin dövlət büdcəsindən gənc ailələr üçün böyük məbləğdə vəsait ayrılacağına ümid edir

Cəmiyyət Materials 3 Oktyabr 2008 12:39 (UTC +04:00)
Azərbaycanın Gənclər və İdman Nazirliyi 2009-cu ilin dövlət büdcəsindən gənc ailələr üçün böyük məbləğdə vəsait ayrılacağına ümid edir

Azərbaycan, Bakı, 03 oktyabr/ Trend , müxbir C.Babayeva/ Azərbaycanın Gənclər və İdman Nazirliyi (GİN) gənc ailələrə ipoteka kreditlərinin verilməsi üçün 2009-cu ilin dövlət büdcəsindən böyük məbləğdə vəsait ayrılacağına ümid edir.

"Nazirlik gənc ailələrə aşağı faizlə və ilkin ödənişsiz uzunmüddətli ipoteka kreditlərinin ayrılması mövqeyindən çıxış edir", - deyə cümə günü jurnalistlərə gənclər və idman naziri Azad Rəhimov bildirib.

Ölkədə 2006-cı il martından fəaliyyət göstərən Azərbaycan İpoteka Fondu (AİF) vəsait çatışmazlığı səbəbindən 2007-ci ilin yayında kreditləri maliyyəşəşdirməyi dayandırıb. 2006-ci ilin dövlət büdcəsindən fonda 25 mln. manat, 2007-ci ilin büdcəsindən 20 mln. manat, 2008-ci ilin dövlət büdcəsindən isə 34 mln. manat vəsait ayrılıb. Fond hələ ki, ipoteka kreditləşməsini bərpa etməyib.

Bundan sonra ölkənin 13 qiymət, 11 sığorta şirkəti, 22 kredit təşkilatı və bir broker şirkəti AİF-nin agentləri qismində çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti