...

Azərbaycanda həbsdə olan baş redaktor məhkəmə tərkibinə etiraz edib

Cəmiyyət Materials 3 Oktyabr 2008 15:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 oktyabr / Trend , müxbir S.Kazımlı / Azərbaycanda dövlətə xəyanətdə ittiham olunan "Tolişi sədo" qəzetinin baş redaktoru məhkəməyə etiraz edib.

Cümə günü Bakı Apellyasiya Məhkəməsində hakim Abdin Abdinbəyovun sədirliyi ilə "Tolişi sədo" qəzetinin baş redaktoru, Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun bölmə müdiri Novruzəli Məmmədovun və qəzetin məsul katibi Elman Quliyevin şikayəti üzrə proses keçirilib.

Məmmədovun Hüquqlarını Müdafiə Komitəsinin sədri Hilal Məmmədovun cümə günü Trend -a verdiyi məlumata görə, Məmmədovun vəkili Ramiz Məmmədov məhkəmə tərkibinə etraz edib.

Trend -un arayışı: Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun bölmə müdiri və qəzetin baş redaktoru Məmmədov və qəzetin məsul katibi Quliyev 2007-ci il fevralın əvvəllərində həbs olunublar.

Məhkəmənin hökmü ilə Məmmədov 10 il, Quliyev isə 6 il müddətinə azadlıqdan məhrum ediliblər. Onlar Azərbaycan Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 283-cü (milli, irqi, dini düşmənçiliyi yayma) maddələri ilə ittiham olunublar.

Vəkil bildirib ki, Məmmədovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağli Səbail rayon məhkəməsinin qərarından verilmiş apellyasiya şikayətinə bu tərkib baxıb və qərəzli qərar çıxarıb. Bu səbəbdən də məhkəmə tərkibinə etiraz edib.

R.Məmmədov deyib ki, etiraz baxılması üçün Bakı Apellyasiya Məhkəməsinin sədrinə təqdim edilib.

Bu səbəbdən də məhkəmə oktyabrin 6-na qədər təxirə salınıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti