...

"Yuğ" teatrının direktoru Sürixə dəvət olunub

Cəmiyyət Materials 14 Oktyabr 2008 15:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 oktyabr / Trend Life, müxbir E.Hüseynov/ "Yuğ" teatrının direktoru Tərlan Rəsulzadə Avropa Teatr Təşkilatının noyabrın 6-dan 10-dək Sürixdə keçiriləcək konfransında iştirak etmək üçün İsveçrəyə dəvət edilib. "Bu təşkilat YUNESKO-nun teatrlar üzrə Beynəlxalq Təşkilatına alternativ olaraq bu yaxınlarda yaradılıb. Orada müxtəlif ölkələrin teatr mütəxəssislərinin toplaşacağı gözlənilir", - Trend Life -a Rəsulzadə bildirib.

Onun sözlərinə görə, konfransda bir neçə sessiya olacaq. "Yuğ"un direktoru təşkilatın yeni üzvləri üçün keçirilən xüsusi sessiyada iştirak edəcək. Sessiyada İsveçrənin müxtəlif teatr və teatr birlikləri haqqında danışılacaq. "Konfransın proqramı böyükdür və mən düzünü deyim ki, proqramı bütünlüklə necə çatdıracağımızı bilmirəm", - Rəsulzadə əlavə edib.  

Xəbər lenti

Xəbər lenti