...

Azərbaycanda Mətbuat Ensiklopediyası hazırlanacaq

Cəmiyyət Materials 14 Oktyabr 2008 18:47 (UTC +04:00)

Azərbayan, Bakı, 14 oktyabr/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycanda milli mətbuatın yaranmasının 134 - cü ili ərəfəsində Azərbaycan Mətbuatı Ensklopediyası hazırlanacaq. "Ensiklopediyada "Əkinçi"dən bu günə qədər Azərbaycanda fəaliyyət göstərmiş qəzet, radio, agentlik, telekanal və internet qəzetlər barədə ensiklopedik məlumatlar əksini tapacaq", - bu barədə çərşənbə axşamı Trend - a Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı bildirib.

Trend - un arayışı: Azərbaycanda mətbuatın əsası 1875 - ci ildə "Əkinçi" qəzetinin nəşrə başlaması ilə qoyulub.

Eyvazlı qeyd edib ki, ensiklopediyada Azərbaycanda indiyədək mövcud olan KİV- də çalışanlar, tanınmış jurnalistlər barədə də məlumatlar dərc ediləcək. Parlament Jurnalistlr Birliyi əz ənənəsinə sadiq qalaraq, "reket"çiliklə məşğul olanlar barədə heç bir məlumat toplamayacaq: "Layihə çərçivəsində ensiklopediyanın həm kitab, həm də elektoron variantı hazrlanacaq".

İdeyanın Parlament Jurnalistlər Birliyi tərəfindən gündəmə gətirildiyini deyən Eyvazlı bu istiqamətdə artıq iş aparıldığını da söyləyib: "Mətbuatımızın tarixi ilə məşğul olan bir neçə mütəxəssislə məsləhətləşmişik".

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti