...

Azərbaycanda Türkiyə vətəndaşı 14 il azadlıqdan məhrum edilib

Cəmiyyət Materials 16 Oktyabr 2008 17:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 oktyabr / Trend , müxbir K.Zərbaliyeva / Azərbaycana xeyli miqdarda narkotik maddə keçirməkdə təqsirli bilinən Türkiyə vətəndaşına cümə axşamı məhkəmədə hökm oxunub.

Trend -un məlumatına görə, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Elman Quliyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində Azərbaycan Cinayət Məcəlləsininqaçaqmalçılıq (206 - cı) vəqanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma (234 - cü) maddələri ilə təqsirləndirilən Türkiyə vətəndaşı Civci Cingiz Mehmet oğlu 14 il azadlıqdan məhrum edilib.

Civci Cingiz Mehmet oğlu bu il iyulun 19 - da Azərbaycana 41 kiloqram heroin keçirərkən, Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən tutulub.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti