...

Azərbaycan məhkəməsi dələduzluqda günahlandırılan iş adamını azadlığa buraxıb

Cəmiyyət Materials 17 Oktyabr 2008 13:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 oktyabr / Trend , müxbir K.Zərbalıyeva/ Dələduzluq yolu ilə ayrı-ayrı vətəndaşları aldadaraq onların külli miqdarda pul mənimsəmiş tikinti şirkətinin rəhbəri məhkəmə zalından azad olunub.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədən Trend -a cümə günü verilən məlumata görə, "Orxan" MMC-nin direktoru Nazim Hacıyevin işi üzrə son məhkəmə iclası keçirilib.

Dövlət ittihamçısı Hacıyevə 8 il azadlıqdan məhrum edilmə cəzasının verilməsini xahiş edib.

Ötən ilin noyabrında həbs olunmuş Hacıyev 20-dən artıq vətəndaşa Xətai rayonu, Əliağa Şıxlinski və Telnov küçələrində inşa etdirdiyi binalarda mənzil verəcəyini vəd edərək onların külli miqdarda pulunu mənimsəyib. Həmin vətəndaşlarla saxta müqavilələr bağlayıb.

Hacıyeva qarşı Cinayət Məcəlləsinin dələduzluq (178) və rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə (320) maddələri ilə cinayət işi açılıb.

Məhkəmə Hacıyevə 8 il həbs cəzası verərək Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsini tətbiq etməklə onu 3 il sınaq müddəti ilə məhkəmə zalından azad edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]

Xəbər lenti

Xəbər lenti