...

Avropa kubokunda çıxış edən azərbaycanlı şahmatçıların görüşü heç-heçə nəticələnib

Cəmiyyət Materials 20 Oktyabr 2008 11:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 oktyabr / Trend , müxbir R.Ergün/ Yunanıstanda keçirilən şahmat üzrə Avropa kubokunda qarşılaşan azərbaycanlı şahmatçıların görüşü heç-heçə başa çatıb.

Şahmat üzrə klublar arasında keçirilən Avropa kubokunda Azərbaycanın üç şahmatçısı - Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov və Vüqar Həşimov müxtəlif klubların heyətində çıxış edir.

Yarışın 3-cü turunda qarşılaşan Məmmədyarovla Həşimovun görüşündə qalib müəyyənləşməyib.

Rəcəbov Avropa kubokunda Rusiyanın "Ural", Məmmədyarov Makedoniyanın "Alkaloid", Həşimov isə İsrailin "Aşdod" klubunun heyətində çıxış edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti