...

Qafqazda yayımlanan telekanalın Azərbaycanda yaradılması dövlətin marağında olmalıdır - Teleradio Şurasının sədri

Cəmiyyət Materials 30 Oktyabr 2008 14:56 (UTC +04:00)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 30 oktyabr / Trend , müxbir S.Kazımlı / Azərbaycanın Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nüşrəvan Məhərrəmli hesab edir ki, Qafqazda yayımlanan telekanalın yaradılması üçün böyük maliyyə dəstəyi lazımdır.

"Bütün Qafqazda yayımlanan telekanalın yayımlanması üçün güclü maliyyə dəstəyinə ehtiyac var. Bu, dövlətin xüsusi marağında olmalıdır. Bunu ayrı-ayrı şəxslərin inhisarına vermək olmaz", - cümə axşamı Trend -a Məhərrəmli bildirib.

Trend -un arayışı: Azərbaycanda bütün ölkə üzrə 7 telekanal fəaliyyət göstərir. MTRŞ sədri Qafqazda yayımlanan telekanalın yaradılması təklifi ilə çıxış edib.

Onun sözlərinə görə, Qafqazda yayımlanan telekanalın yaradılması perspektiv üçün nəzərdə tutulan ideyadır.

"Azərbaycanın bütün sahələrdə liderliyi var. İnformasiya sahəsində də liderliyi qorumaq üçün belə bir televiziyanın açılmasına ehtiyac var", - Məhərrəmli əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti