...

Azərbaycan yığmasının almaniyalı baş məşqçisi azərbaycanlı məşqçilərə hörmətsizlik etmədiyini bildirib

Cəmiyyət Materials 5 Noyabr 2008 17:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 noyabr/ Trend , müxbir R.Ergün/ Futbol üzrə Azərbaycan yığma komandasının almaniyalı baş məşqçisi Berti Foqts Belarus yığmasının baş məşqçisi Bernd Ştanqenin onun adından dediyi fikirlərə münasibət bildirib.

Ştanqe deyib ki, Foqts azərbaycanlı məşqçilərdən ona şikayətlənərək, yerli mütəxəssislərin səviyyəsinin aşağı olduğunu bildirib.

Foqts AFFA - nın saytına açıqlamasında bildirib ki, Azərbaycanda işləyən bütün məşqçilərə hörmətlə yanaşdığından, heç vaxt onların peşəkarlığı ilə bağlı mənfi fikir söyləməyib.

Foqts bu ilin aprel ayından Azərbaycan yığmasının baş məşqçisidir. Azərbaycan yığması onun rəhbərliyi altında keçirdiyi 3 rəsmi oyunun ikisində məğlub olub, birində heç - heçə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti