Azərbaycan, Bakı, 07 noyabr/ Trend , müxbir R.Ergün/ Futbol üzrə Azərbaycan yığma komandasının almaniyalı baş məşqçisi Berti Foqts dünən gecə Bakıya qayıdıb. Bu barədə Trend -a yığmanın məşqçisi Elxan Abdullayev məlumat verib.
Foqts uzun müddət idi ki, Azərbaycanda yox idi. O, bir müddət əvvəl Bəhreyndə keçirilən yoxlama oyunundan sonra Almaniyaya getmişdi.
Azərbaycan yığmasının baş məşqçisi tez-tez Almaniyaya gedir və milli komandanın oyunları keçiriləndə Bakıya qayıdır.
Azərbaycan yığması noyabrın 19-da, Bakıda Albaniya millisi ilə yoldaşlıq oyunu keçirəcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]