...

Azərbaycanın qadın voleybolçulardan ibarət "İqtisadçı" klubu CEV tərəfindən cəzalandırılıb

Cəmiyyət Materials 11 Noyabr 2008 12:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 noyabr/ Trend , müxbir R.Ergün/ Avropa Voleybol Konfederasiyası (CEV) Azərbaycanın qadınlardan ibarət "İqtisadçı" voleybol klubunu cəzalandırıb. Bu barədə Trend -a Azərbaycan Voleybol Federasiyasının (AVF) mətbuat xidmətinin rəhbəri Zöhrab Gözəlbəyli məlumat verib.

CEV-in "İqtisadçı"nı cəzalandırmasının səbəbi "Çelens" kubokunda iştirak edən Azərbaycan klubunun heyətində iki voleybolçunun qeyri-qanuni çıxış etməsi olub.

CEV Azərbaycan klubunun "Çelens" turnirində Kiprin AEK klubu ilə oyununun nəticəsini (3:0) ləğv edərək, "İqtisadçı"ya 0:3 hesablı texniki məğlubiyyət verib.

Komandalar arasında cavab görüşü Kiprin Limassol şəhərində keçiriləcək.

Gözəlbəyli bildirib ki, hazırda AVF rəsmiləri bu məsələ ilə əlaqədar araşdırma aparır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti