...

AFFA Azərbaycan yığmasının üzvlərinin sənədlərini araşdırmağa başlayıb – baş katib

Cəmiyyət Materials 13 Noyabr 2008 11:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 noyabr/ Trend , müxbir R.Ergün/ Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) 15 yaşlı futbolçulardan ibarət yığma komandanın üzvlərinin sənədlərini araşdırmağa başlayıb. Bu barədə AFFA-nın saytına assosiasiyanın baş katibi Elxan Məmmədov məlumat verib.

Baş katib bildirib ki, yaşı saxtalaşdırılan - "lipa" adlanan futbolçularla bağlı məsələni araşdırmaq üçün AFFA prezidenti Rövnəq Abdullayevin göstərişi ilə xüsusi komissiya yaradılıb.

Məmmədov deyib ki, yaşı azaldılan futbolçular və onların baş məşqçiləri AFFA tərəfindən cəzalandırılacaqlar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti